İran Rusiyadan Su-35 döyüş təyyarələrinin alınmasını yekunlaşdırdığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran Rusiyanın Sukhoi-35 (Su-35) döyüş təyyarələrinin satınalma prosedurlarının tamamlandığını açıqlayıb.
1988-ci ildə İran və İraq arasında baş verən müharibədən sonra İranın bəzi ölkələrə döyüş təyyarələri almaq üçün sorğu göndərdiyi və Rusiyanın bu müraciətə müsbət cavab verdiyi bildirilib.
Bildirilib ki, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına cəhdlər edilib və döyüş təyyarələrinin satınalma prosedurları tamamlanıb. Xəbərdə alqı-satqı müqaviləsinin nə vaxt bağlandığı və Rusiyadan İrana nə qədər Su-35-in gətiriləcəyi barədə məlumat verilməyib.
Ölkə mətbuatında yer alan xəbərə görə, İran ilk olaraq Rusiyadan 24 döyüş təyyarəsi alacaq.
Ayşən