İran şahının açıq-saçıq geyinən nəvəsi - FOTOLAR

İran şahının açıq-saçıq geyinən nəvəsi - FOTOLAR
DÜNYA
02:58 10.07.2014
12754

Sara Şahi 1980-ci ildə ABŞ-ın Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan qızı Maxmonirin ailəsində anadan olub. 

AZXEBER.COM  oxu.az-a istinadən xəbər verir ki, İranda və Azərbaycanda Qacarlar sülaləsinin ikinci şahı Fətəli Şahın nəbibəsidir. Fətəli Şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub. Qacar sülaləsinin əsasını qoyan Ağa Muhammədin xələfidir.

Onun əsl adı Aahoo, fars dilində tərcümədə “Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb. 1997-ci ildə Miss Fort-Uert müsabiqəsinin qalibi olub. 1999-cu ildə “Dallas Kovboyları” idman klubuna üzv yazılır, 2000-ci ildə isə onların təqviminin üz qabığında çimərlik geyimində rəsmi çıxır. 

“Doktor “T” və onun qadınları” filminin çəkilişlərində, ona Hollivuda köçməyi təklif edən rejissor Robert Oltmenlə tanış olur.Los-Ancelesdə o, məşhur seriallarda rol alır. Məsələn, “Cəsus" filmində Cenni, “Dosuonun Buxtası"nda isə Sed Şou roluna çəkilir. Şahi hətta CVV “Fövqəl”  paranormal dramında rol alır. 

Tamaşaçıların yaddaşında o ən çox ikinci mövsümdən oynamağa başladığı Showtime “Yad şəhərdə seks” serialındakı oynadığı meksikan-amerikan mənşəli Dj qız Karmen de la Pika Morales rolu ilə yadda qalıb. Şahi serial ilə dördüncü mövsümə qədər müqaviləni uzatmadı, bunun nəticəsi olaraq oynadığı personaj serialdan çıxarılır. Amma son seriyada qonaq kimi tamaşaçıların qarşısına keçir.

“Düşməni tanı” serialının ikinci mövsümündə Farra rolunu oynayır. Şahi “Soprano Klanı” serialına çəkilir, sonra isə “Kennedi və Heydi”nin altıncı mövsümündə tələbə və striptiz rəqqasəsi, ailəsi öldükdən sonra Tonni ilə vaxt keçirən Sonya Araqonda rolunu oynayır.

2007-ci ilin sentyabr ayından 2009-cu ilin aprel ayına qədər NBC “Həyat Hökmdür” serialında britaniyalı aktyor Demien Lyuislə bərabər çalışır. Şahi detektiv Deni Riz rolunu oynayırdı.

2011-ci ildə “Keytin vasitəçisi” serialının birinci mövsümündə çəkilir, planda serialın davamı var.

2012-ci ildə CBS telekanlının “Nəzər nöqtəsi” serialının ikinci mövsümündə bir neçə epizodik rol alır. Bir qədər sonra məlum olur ki, Şahi serialın üçüncü mövsümündə daimi rol alıb.

Şahi ingilis, fars və bir az da ispan dilində danışır. Valideynləri boşandıqdan sonra o anası ilə yaşayıb. Karate üzrə qəhvəyi kəmərə sahibdir. Gitara və pianinoda ifa edə bilir.

Stiv Houi ilə evlidir, onlar “Reba” serialının çəkiliş meydançasında tanış olublar. 2009-cu ilin iyul ayının 8-də ilk övladı oğlu Uilyam Vulf Houini dünyaya gətirib. Hamiləlik dövründə o, “Həyat hökmdür” serialında gün ərzində bir neçə saat çəkilməyə davam edirdi. Onu yuxarı planda çəkirdilər ki, hamiləliyi gizlətsinlər. Serialda onun yerini 2009-cu ilin mövsümündə Qabriella Yunion aldı.

Maxim jurnalının “2005-ci ilin ən seksiləri” siyahısında 90-cı yeri tutub. 2006-cı ildə elə bu siyahıda 66-cı pilləyə qalxıb. 2007-ci ildə isə AfterEllen.com-da artıq 5-ci yeri tutdu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR