İran iqtidarı vətəndaşlarına imkan olduğu təqdirdə distant işləməyə keçməyi tövsiyə edib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə İran televiziyasının efirində hökumət nümayəndəsi Fatimə Mühacirani bildirib.
"Əgər məsafədən işləmək imkanınız varsa, bundan yararlanın”, – o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Tehran metropoliteni İran paytaxtının sakinlərinin sığınacaq kimi istifadə edə bilməsi üçün 24 saat açıq olacaq. Həmçinin o vurğulayıb ki, məscidlərin ərazilərindən də sığınacaq kimi istifadə etmək olar.
Xatırladaq ki, İsrail şənbə gecəsi İrana zərbələr endirib. Tehran bu zərbələrə cavab verib. Qarşıdurma davam edir.