İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu
DÜNYA
15:19 04.07.2023
186
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranın assosiasiyaya üzv ölkələr sırasına daxil olduğunu rəsmən elan edib.

Məlumata görə, qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü sammitində qəbul edilib. Virtual görüşü ŞƏT katibliyi aparır.

İran dövlətlərarası təşkilatın doqquzuncu üzvü olub. Onun təşkilata qoşulması ilə bağlı öhdəlik memorandumu 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammitində imzalanmışdı.

Qeyd edək ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi, 2017-ci ildə Hindistan və Pakistan da onlara qoşulublar.
OXŞAR XƏBƏRLƏR