İran səfiri Türkiyə XİN-ə çağırılıb

İran səfiri Türkiyə XİN-ə çağırılıb
DÜNYA
20:09 04.03.2026
309
İranın Ankaradakı səfiri Mohammad Hassan Habibollahzadeh Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AZXEBER.COM "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə tərəfi İrandan atılan ballistik raketin Türkiyə hava məkanına yönəlməsi ilə bağlı qarşı tərəfə reaksiya və narahatlığını bildirib.

Xatırladaq ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR