Bu gün İranın Livandakı diplomatik nümayəndəliyinin binası qarşısında baş verən partlayışlar nəticəsində 18 nəfər həlak olub.
İnsident səhər saatlarında Cənubi Beyrutda baş verib.AZXEBER.COM Reuters-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, səfirlik binası qarşısında iki minalanmış avtomobil partlayıb.Eyni zamanda ilkin olaraq “Al Arabiya” telekanalının jurnalistləri “Twitter”də məlumat yayıblar ki, Beyruta iki raket düşüb, lakin sonradan aydınlaşdı ki, söhbət minalanmış maşınlardan istifadə yolu ilə ikiqat terror aktından gedir.“İnterfaks” partlayışlar nəticəsində 25 nəfərin öldüyünü, təqribən 155 nəfərin yaralandığı məlumat verir. RBK isə yaralıların sayının 150 nəfərə yaxınlaşdığını yazır.“Associated Press” İranın Beyrutdakı səfiri Qəzənfər Roknabadiyə istinadən yazır ki, partlayışlar nəticəsində cəmi bir ay öncə səfirliyin mədəniyyət üzrə attaşesi təyin edilən İbrahim Ansari aldığı yaralardan keçinib.