İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) enerji ticarəti, mübadilə və enerji təhlükəsizliyinin təmin edilməsi üçün regional "Şanxan energetikası” qovşağı (mərkəzi – red.) yaratmağı təklif edib.
Bunu İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
İran tərəfindən irəli sürülən təklif yanar faydalı qazıntıları, elektrik enerjisini və bərpa olunan enerjini əhatə edir.
Nazir, həmçinin Tehranın neft-kimya layihələrini birgə maliyyələşdirmək üçün maraqlı investor ölkələrin fondunun yaradılması təklifindən danışıb və ölkənin neft, qaz və neft-kimya sektorları üçün mühəndislik xidmətləri göstərməyə və avadanlıq istehsal etməyə hazır olduğunu vurğulayıb.
///Apa