İrandan "Taliban"la bağlı - AÇIQLAMA

İrandan "Taliban"la bağlı - AÇIQLAMA
DÜNYA
14:31 24.08.2021
748
İran hökuməti "Taliban"la bağlı açıqlama verib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə Talibanla bağlı fikirlərini bildirib.

O, qeyd edib ki, ölkəsinin Əfqanıstanda baş verən son hadisələri diqqətlə izlədiyini və bütün tərəflərlə təmasda olduğunu, ancaq indiki mərhələdə "Taliban"ı rəsmən tanımayacaq.

Əfqanlar arasında sülh danışıqlarına töhfə verməyə hazır olduqlarını vurğulayan Hatibzadə, "Bütün tərəfləri Əfqanıstanda şiddətdən qaçmağa, sabitliyə və sülhə doğru getməyə və bu fürsətdən istifadə edərək Əfqanıstanın demoqrafik vəziyyətini əks etdirən şəffaf və hesabatlı bir hökumət qurmağa çağırırıq" ifadələrini səsləndirib.

Hatibzadə İranın Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanı tanıyıb tanımayacağı ilə bağlı suala belə cavab verib: "Hazırda o mərhələdə deyilik. Əfqanıstanın gələcək hökuməti ilə bağlı qərar vermək hələ tezdir. Əfqan xalqının həyatını, mülkünü və şərəfini qorumaq, müxtəlif əfqan qrupları arasında geniş bir dialoq aparmaq və əhatəli bir hökumət qurmaq lazımdır. Bu ölkədə mövcud prioritetlərimiz var".

Digər tərəfdən, İranın benzin təchizatında problem yaşayan Livana göndərdiyi neft tankerləri ilə bağlı soruşulduqda, Hatibzadə ehtiyac olarsa, Livana yeni neft göndərəcəklərini bildirib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR