İran Trampın iddialarını təqzib edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın Baş prokuroru Məhəmməd Müvəhhidi ABŞ prezidenti Donald Trampın Tehranın 800 nəfərin edamından imtina etməsi ilə bağlı iddialarını əsassız adlandırıb.
İran Məhkəmə Sisteminə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Müvəhhidi bu fikirləri dini seminariyalar tərəfindən yaradılan Hibrid Müharibə Qərargahında keçirilən görüşdə səsləndirib.
Baş prokuror bildirib ki, Donald Tramp İran xalqının qətiyyətli mövqeyini gördükdən sonra ziddiyyətli açıqlamalar verməyə başlayıb. Onun sözlərinə görə, "Tehran administrasiyasının 800 nəfərin edamından imtina etməsi” barədə səsləndirilən fikirlərin heç bir əsası yoxdur:
"Bu iddialar tamamilə əsassızdır. Nə belə bir rəqəm var, nə də məhkəmə tərəfindən bu istiqamətdə verilmiş hər hansı qərar mövcuddur”, – deyə Müvəhhidi vurğulayıb.
Qeyd edək ki, 16 yanvar tarixində Donald Tramp sosial media hesabında paylaşım edərək İran hökumətinin 800-dən çox planlaşdırılan edamı ləğv etdiyini iddia etmiş və bu addımı alqışladığını bildirmişdi.
Gülay









































