İran və ABŞ arasında nüvə danışıqları bu tarixdə baş tutacaq

İran və ABŞ arasında nüvə danışıqları bu tarixdə baş tutacaq
DÜNYA
13:07 12.06.2025
261
İran və ABŞ arasında nüvə danışıqları mayın 15-də Maskatda davam etdiriləcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran və ABŞ arasında nüvə müzakirələrində vasitəçilik edən Oman iki ölkənin mayın 15-də Maskatda danışıqları davam etdirəcəyini təsdiqləyib.

Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi X sosial media hesabından verdiyi açıqlamada, "İran-ABŞ danışıqlarının 6-cı raundunun bu bazar, iyunun 15-də Maskatda keçiriləcəyini təsdiq etməkdən məmnunam" deyə bildirib.

Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas fikir ayrılığı nöqtəsi olaraq qalır.

İran atom bombası istehsalının qarşısını almaq üçün nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini istəyir.

Gülay

OXŞAR XƏBƏRLƏR