İran və ABŞ arasında təzyiq artır

İran və ABŞ arasında təzyiq artır
DÜNYA
12:15 31.01.2024
136
İran ABŞ-nin istənilən hücumuna qətiyyətlə cavab verəcəyini açıqlayıb.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məumat yayıb.
 
İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyi ABŞ-ın son 2 gündə vasitəçilər vasitəsilə İrana müxtəlif mesajlar göndərdiyi xəbəri ilə bağlı yazılı açıqlama verib.
 
Açıqlamada "Belə mesajlar mübadiləsi aparılmayıb. Digər tərəfdən, hər hansı bir tərəf İran ərazisinə və ya İran sərhədləri xaricində onun maraqlarına və vətəndaşlarına hücum edərsə, qərarlı və sərt cavabla üzləşmək İranın əsas siyasətidir". - deyə yazılıb.

İranın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatı ABŞ Prezidenti Co Baydenin İordaniya-Suriya sərhədində ABŞ əsgərlərinin ölümünə səbəb olan pilotsuz təyyarə hücumuna İrana bağlı iraqlı qrupların cavab verəcəklərini elan etməsindən sonra gəlib.

Yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri şəhid olub, 40-dan çox əsgər yaralanıb.

ABŞ rəsmiləri, xüsusilə Bayden, İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib.

İran sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, "Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır" deyib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR