İran və Aİ nümayəndələri nüvə proqramının müzakirəsi üçün görüşüblər

İran və Aİ nümayəndələri nüvə proqramının müzakirəsi üçün görüşüblər
DÜNYA
23:13 26.08.2025
208
İran, Fransa, Almaniya, Britaniya və Avropa İttifaqı (Aİ) nümayəndələri İranın nüvə problemini müzakirə etmək üçün bir araya gəlib.

Bunu İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.

"Xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi ilə Cenevrədə üç Avropa ölkəsi və Aİ-nin siyasi direktorları ilə növbəti görüş keçirdik. Hər iki tərəf 2231 saylı qətnamə ilə bağlı fikirlərini təqdim etdi", - o, "X" sosial şəbəkəsində yazıb.

Qəribabadi qeyd edib ki, İran qarşılıqlı faydalı diplomatik həll yollarına sadiq qalır.

O, "Avropa Üçlüyü" və BMT Təhlükəsizlik Şurasını düzgün seçim etməyə, həmçinin diplomatiyaya vaxt verməyə çağırıb.
 
/report
OXŞAR XƏBƏRLƏR