İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Iran International” öz mənbəsinə istinadən məlumat yayıb.
Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, Tehran İrəvanı kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) ilə təchiz edir.
Bildirilib ki, sözügedən razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.
"Iran International” İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib.
Buraya Şahed 136, Şahed 129, Şahed 197, Mohajer kimi PUA-lar və 3-cü Xordad, Məcid, 15-ci Xordad və Arman kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.