AZXEBER.COM xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejadın Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan ilə görüşündən sonra məlumat yayılıb.
Görüşdə tərəflər hazırda tətbiq olunan "qaz müqabilində elektrik enerjisi" mübadilə modelindən kənara çıxaraq əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Paknejad İrana məxsus qaz ixracının artırılması, mühəndislik xidmətlərinin göstərilməsi və neft məhsulları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı Ermənistana təkliflər irəli sürüb.
Tərəflər bu istiqamətlər üzrə konkret layihələrin hazırlanması və əlaqələndirilməsi üçün birgə enerji işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
//apa











































