İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər

İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
DÜNYA
15:08 14.06.2025
340
İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Bu barədə AZXEBER.COM İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Söhbət zamanı İshaq Dar İsrailin İrana hücumlarını qətiyyətlə pisləyib və bu cür hərəkətlərin regional sabitlik və təhlükəsizliyə yaratdığı təhlükədən narahatlığını bildirib.

A.Əraqçi öz növbəsində bildirib ki, hücumlar İranın suverenliyi və ərazi bütövlüyünün açıq, habelə BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. O, Pakistanın dəstəyini yüksək qiymətləndirib və İsrailin təcavüzünü pisləyib.//report
OXŞAR XƏBƏRLƏR