İran və Rusiya prezidentləri görüşəcək

DÜNYA
18:20 24.09.2024
163
İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Rusiyada Prezident Vladimir Putinlə görüşəcək.

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün noyabrda Tatarıstanın Kazan şəhərinə səfər edəcək. O, tədbir çərçivəsində Rusiya Prezidenti ilə də ikitərəfli görüş keçirəcək.
OXŞAR XƏBƏRLƏR