İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
DÜNYA
02:17 15.03.2026
112
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemini tənqid edib.
Əraqçi bu barədə "X"dəki hesabında yazıb.
"ABŞ-nin reklam olunan "təhlükəsizlik çətiri" dəliklərlə dolu çıxdı və iğtişaşların qarşısını almaqdansa, daha çox qızışdırır" , - İranın XİN başçısı qeyd edib və əlavə edib ki, hazırda ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir:
"İran ABŞ-nin yeganə qayğısının İsrail olduğunu nəzərə alaraq qardaş qonşuları xarici təcavüzkarları qovmağa çağırır".