İran XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş var

İran XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş var
SİYASƏT
12:12 27.02.2026
250
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir bildirib ki, Cenevrədə ABŞ nümayəndə heyəti ilə keçirilən dolayı danışıqlar bu günə qədər ən ciddi və uzunmüddətli iclaslardan biri olub. O, səhər saatlarında dörd saat, axşam isə iki saat davam edən görüşlərdə kritik mövzuların ətraflı müzakirə edildiyini deyib.

Əraqçinin sözlərinə görə, həm nüvə proqramı, həm də sanksiyaların ləğvi ilə bağlı mümkün razılaşmanın fundamental elementləri ciddi şəkildə araşdırılmağa başlanıb. O, bəzi məsələlərdə tərəflərin razılığa çox yaxın olduğunu vurğulasa da, masada hələ də müəyyən fikir ayrılıqlarının qaldığını qeyd edib.

"Hər iki tərəf əvvəlki dövrlə müqayisədə danışıqlar yolu ilə həllə nail olmaq üçün daha ciddi yanaşma nümayiş etdirir”, – deyə nazir əlavə edib.

Prosesin davamı ilə bağlı da məlumat verən Əraqçi bildirib ki, texniki nümayəndə heyətləri səviyyəsində təmaslar bazar ertəsindən etibarən Vyanada başlayacaq. Onun sözlərinə görə, tərəflər arasında növbəti mərhələ danışıqlarının bir həftə ərzində keçirilməsi gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR