İran XİN-dən Xamenei və Pezeşkian barədə AÇIQLAMA

İran XİN-dən Xamenei və Pezeşkian barədə AÇIQLAMA
DÜNYA
01:09 01.03.2026
1460
"İranın ali lideri Ayətullah Əli Xamenei və ölkə Prezidenti Məsud Pezeşkian sağdır və təhlükəsiz şəraitdədirlər".

AZXEBER.COM xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai "Sky News" telekanalına bildirib.

"Onların hamısı təhlükəsiz yerdədirlər və özlərini yaxşı hiss edirlər", - deyə o vurğulayıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, İrana endirilən zərbələr zamanı Xameneinin iqamətgahı hədəfə alınıb və ali liderin bu hücum nəticəsində həlak ola biləcəyini istisna etməyib.
OXŞAR XƏBƏRLƏR