İran XİN rəhbəri: Avropa köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir

İran XİN rəhbəri: Avropa köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir
DÜNYA
18:29 18.07.2025
262
"Avropa köhnəlmiş təzyiq siyasətini kənara qoymalıdır".

Bunu İranın xarici işlər naziri Abbas Araqçi "X” hesabında bildirib.

"Ötən gecə Avropa üçlüyünün (Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telekonfrans keçirdik. Mən açıq-aydın vurğuladım ki, iki il müzakirədən sonra ərsəyə gələn nüvə razılaşmasından (2015-ci ildə imzalanan razılaşma) geri çəkilən ABŞ-dır, o cümlədən bu ilin iyun ayında danışıqlar masasını tərk edib hərbi yolu seçən də ABŞ-dır, İran deyil. İstənilən yeni bir danışıq raundu sadəcə qarşı tərəfin ədalətli, balanslı və qarşılıqlı faydaya əsaslanan nüvə razılaşması üçün hazır olmasından asılıdır”, - Araqçi bildirib.

İran XİN rəhbəri Avropa üçlüyünün danışıqlarda iştirak etməsinin şərti olaraq bəyan edib ki, bu ölkələr İrana qarşı köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir.

O, "snapback” sanksiyalar mexanizminin heç bir əxlaqi və qanuni əsasının olmadığını ifadə edib.
 
 //apa
OXŞAR XƏBƏRLƏR