İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla danışıqlarda maraqlı olması barədə bəyanatlarını rədd edib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
"Bizim tərəfimizdən ABŞ tərəfinə görüş ilə bağlı heç bir sorğu göndərilməyib", - o vurğulayıb.
İ.Bəqai D.Trampın bəyanatlarını ABŞ-yə inamın itirilməsi fonunda güc nümayiş etdirmək cəhdi adlandırıb.
Bundan əvvəl D.Tramp bəyan etmişdi ki, ABŞ İranla danışıqların keçirilməsi barədə razılaşıb. ABŞ Prezidenti, həmçinin İranın nüvə proqramının tamamilə ləğv edildiyini və bunun Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiqləndiyi barədə əvvəlki iddialarını təkrarlayıb.