İran yayılan xəbərləri təkzib etdi

İran yayılan xəbərləri təkzib etdi
DÜNYA
05:56 25.10.2026
179
İran Hörmüz boğazındakı vəziyyət də daxil olmaqla, münaqişənin həlli ilə bağlı ABŞ tərəfinə Pakistan vasitəsilə yeni təkliflər göndərməyib.

Bu barədə "Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.

"İran Pakistan vasitəsilə ABŞ tərəfinə heç bir yeni təklif göndərməyib”, - məlumatda deyilir.

Məlumatda o da qeyd olunub ki, İran Hörmüz boğazının açılması ilə bağlı yeddi tələbdən ibarət sənədi artıq Nyu-Yorkda ABŞ tərəfinə təqdim edib.

Mənbənin sözlərinə görə, Vaşinqton Tehranın tələblərini yerinə yetirməyənədək Hörmüz boğazında təhlükəsizlik vəziyyəti dəyişməyəcək.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR