İran yeni raketdaşıyıcısını sınaqdan keçirdi

İran yeni raketdaşıyıcısını sınaqdan keçirdi
DÜNYA
19:40 30.12.2021
357
İran yeni nəsil "Simurq” raketdaşıyıcısını uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Bunu ölkənin Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Əhməd Hüseyni bildirib.

Onun sözlərinə görə, İran kosmosa sınaq avadanlığı ilə 3 aparat göndərib: "Aparat 470 km hündürlükdə və 7350 m/san sürətlə buraxılıb”.

Məlumata görə, İranın "Omid” adlı birinci araşdırma peyki 2009-cu ildə kosmosa buraxılıb və 3 ay fəzada qalıb. Ondan sonra "Tolu”, "Mesbah-2” və "Navid” adlı peyklər kosmosa göndərilib.
OXŞAR XƏBƏRLƏR