İran yığmasına rejim qüvvələrindən xəbərdarlıq: Ən tanınmış futbolçu həbs olundu

İDMAN
14:06 25.11.2022
303
İranın təhlükəsizlik qüvvələri ölkənin ən məşhur futbolçularından biri - milli komandanın keçmiş üzvü və Tehranın "İstiqlal” klubunun keçmiş kapitanı Voriya Qafurini həbs edib. O, "Fulad Xuzistan” klubu ilə məşqdən sonra "Dünya çempionatında olan milli komandanın nüfuzuna zərbə vurmaq və dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, İran millisi bir neçə dəqiqə sonra Uelslə qarşılaşacaq. İran komandası İngiltərə ilə oyundan əvvəl dövlət himnini oxumadığı üçün artıq qalmaqaldadır və çox güman ki, Qafurinin həbsi futbolçuların bu etirazı təkrarlamamaları üçün bir növ xəbərdarlıqdır.

Yeri gəlmişkən, 35 yaşlı futbolçu 2018-ci il dünya çempionatı üçün İran yığmasının heyətində yer alsa da, bu il Qətərdə keçiriləcək dünya çempionatının yekun heyətinə daxil edilməyib. Bir çoxları bunun Qafurinin rejimə qarşı sərt siyasi mövqeyinə görə belə olduğunu düşünürlər. Belə ki, bir dəfə o, İranın keçmiş xarici işlər naziri Cavad Zərifi tənqid etdiyinə görə həbs olunub. 2019-cu ildə Qafuri "Azadi” stadionunda "Esteqlal” matçına baxmağa cəhd etdiyinə görə həbs olunduqdan sonra özünü yandıran Səhər Xodayari adlı qadının şərəfinə mavi köynəklər paylayıb. 2021-ci ildə futbol azarkeşi olan qadınlara qarşı daha bir zorakılıq hadisəsindən sonra Qafuri özünün "Instagram” hesabında yazmışdı:

"Bir futbolçu kimi ana və bacılarımızın stadiona girməsinin qadağan edildiyi bir dövrdə oynamaqla özümü, həqiqətən də, alçaldılmış hesab edirəm”.

Bu sözlərinin cəzası olaraq "Esteqlal” komandasının kapitanlığından çıxarıldı.

Əslən Sənəndəc şəhərindən olan (Məhsa Əmininin vətəni) Qafuri molla respublikasında son günlər baş verən etiraz aksiyaları və günahsız yerə öldürülən insanlarla bağlı hökuməti sərt tənqid edir, kürd xalqının qətlini dayandırmağa çağırırdı.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var