İran öz istehsalı olan koronavirus əleyhinə peyvəndlərin sınaqlarına başlayıb

İran öz istehsalı olan koronavirus əleyhinə peyvəndlərin sınaqlarına başlayıb
DÜNYA
10:26 15.11.2020
536

İranlı alimlər koronavirus infeksiyasına qarşı öz ölkələrinin istehsalı olan iki peyvəndin sınaqlarına başlayıblar.

"Fars” agentliyi bu barədə İran Tibb Elmləri Universitetinin yaydığı məlumata istinadən xəbər verib.

Bildirilib ki, peyvəndlərin sınaqdan keçirilməsi üçün çox sayda könüllü müraciət edib.

Qeyd edək ki, İran istifadəsinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən icazə veriləcək peyvəndi almağa hazır olduğunu bildirmişdi.

OXŞAR XƏBƏRLƏR