İrana keçməyə çalışan 40 509 əfqanıstanlı miqrant həbs edilib

İrana keçməyə çalışan 40 509 əfqanıstanlı miqrant həbs edilib
DÜNYA
18:20 28.10.2023
191
İranın Pakistan və Əfqanıstanla sərhədlərində 40 509 qeyri-qanuni əfqanıstanlı miqrant həbs edilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin sərhəd-mühafizə polisi komandiri Reza Şojaei açıqlama verib.

Onun sözlərinə görə, əcnəbi vətəndaşlar ortaq sərhədlər vasitəsilə qeyri-qanuni yollarla İrana daxil olmağa cəhd ediblər.

R.Şojaei sərhəd təhlükəsizliyinin qorunmasının onun sərhəd mühafizə qüvvələri üçün əsas prioritet olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR