İrana növbəti zərbəni Cənubi Koreya vurdu

MAQAZİN
14:50 26.06.2012
2328
Cənubi Koreya iyulun 1-dən İrandan neft idxalını dayandırdığını bəyan edib. Seul Avropa Birliyinin Tehrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar bu addımı atıb. Qeyd edək ki, Avropa Birliyinin İrana qarşı sanksiyaları sırasında İran neftini daşıyan gəmilərin sığortalanmasına qadağa da var. Cənubi Koreya da məhz Avropa şirkətlərində öz gəmilərini sığortalaya bilməməsini əsas gətirib. Neft ixracı İranın əsas gəlir mənbələrindən biridir, buna görə də Amerika Birləşmiş Ştatları və Avropa Birliyi İranın öz nüvə proqramından imtina etməsi üçün sanksiyalarla Tehrana təzyiq göstərmək məqsədilə iyulun 1-dən İran neftinin idxalına qadağa qoyub. 

OXŞAR XƏBƏRLƏR