İran İslam Respublikasının Parisdəki səfiri Əli Əhani sərt bəyanatlarla çıxış edib.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, səfir İrana qarşı aqressiyanın 3-cü dünya müharibəsi ilə nəticələnəcəyini bildirib.“Elmi-nüvə qurğularına yönəlmiş İran ərazisinə olan potensial İsrail hücumu ağılsızlıqdır və onun nəticələri faciəvi ola bilər”, - deyə Əhani qeyd edib.Əhani əlavə edib ki, İran bu cür aqressiyanı cavabsız qoya bilməz, bu addım zorakılığa və ehtimal var ki, 3-cü dünya müharibəsinə səbəb ola bilər.Əhani bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, heç bir ölkənin digər bir ölkənin nüvə qurğularına hücum etmək hüququ yoxdur. Əgər bu baş verərsə, Təhlükəsizlik Şurası təcavüzkara qarşı lazımi ölçülər götürməyə məcburdur.