“İrana rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır” – Deputat

SİYASƏT
15:57 01.02.2023
2463
"Bunlar İranın bizə qarşı olan düşmən münasibətində ilk hal deyil. Azərbaycan müstəqillik qazandığı ilk gündən etibarən İran İslam Respublikası Azərbaycana qarşı həmişə barışmaz mövqedə olub. Üzdə dost, qardaş deməyinə baxmayaraq, həmişə Azərbaycana qarşı xoşagəlməz, bəd əməllərlə məşğul olub”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, 44 günlük müharibə başladığı gündən İran açıq-aşkar bizə qarşı düşmən mövqeyini sərgilədi:

"Hələ 1992-ci ilin mayını – Şuşanın işğalını yadımıza salaq, mən hesab edirəm ki, həmin ərəfədə İran artıq öz "töhfəsini” vermişdi. Yəni, İranın o vaxt həyata keçirdiyi xoşagəlməz hallar unudulmaz tarixdir. Ondan sonra da torpaqlarımızın işğal altında olduğu dövrdə İranın bizim ərazilərimizdə olan yeraltı-yerüstü sərvətlərimizin talaması, Ermənistanla əməkdaşlıq, dostluq etməsi göründü. Xüsusən, 44 günlük Vətən müharibəsinin başladığı gündən bu günə qədər İran açıq-aşkar bizə qarşı düşmən mövqeyini sərgilədi. Müharibə dövründə onun ərazisindən  Ermənistana silahların daşınması, onların yanacaq təminatı, başqa təminatlarının həyata keçirilməsini İran etdi. Bunları saymaqla bitməz”. 

Deputat qeyd edib ki, Müharibə başa çatanda sonra isə İran artıq bir növ üzünün maskasını cırdı, açıq düşmənçiliyə keçdi: "Bəyan etdi ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir, Ermənistanın təhlükəsizliyi onları qırmızı xəttidir və s. Sərhədlərimizdə bir neçə dəfə hərbi təlimlərin keçirilməsi, onların rəsmiləri tərəfindən Azərbaycanın təhdid və təhqir olunması kimi məsələlər çoxsaylıdır. Biz istəməzdik belə olsun, bizim 40 milyondan artıq soydaşımız İranda yaşayır. Biz istəyərdik ki, qonşuluq münasibətlərimiz yaxşı olsun, ancaq İran bunu istəmir. İran bizim düşmənimizlə dostluq edir. Bizə qarşı soyqırımı törədən, bizim ərazilərimizi işğal edən, bütün islam müqəddəsliklərini dağıdan bir dövlətlə dostluq edir. Belə olan halda biz də işimizi ehtiyatlı tutmalıyıq. Bizə qarşı münasibətindən nəticə çıxarıb ehtiyatımızı əldə verməməliyik”. 

E.Məmmədov deyib ki, İrana rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır:

"Mən hesab edirəm ki, İran kimi bir dövlət bu gün rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır. İranda yaşayan çoxsaylı müxtəlif xalqlar, 40 milyondan çox azərbaycanlılarımız ayağa qalxıb, etiraz səsi qaldırıb uzun illərdir ki, onları əsarətdə saxlayan molla-fars rejiminin axırına çıxmaq üçün tədbirlər görməlidir. Nə qədər ki, İranda molla-fars rejimi, farsizmi hakimiyyətdədir, İranın bizə qarşı münasibəti həmişə belə olacaq”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR