İranda 150 fəhlə əməkhaqqının ödənilməsini tələb etdiyi üçün işdən azad edilib

İranda 150 fəhlə əməkhaqqının ödənilməsini tələb etdiyi üçün işdən azad edilib
DÜNYA
18:58 26.12.2024
198
İranda Tehran neft emalı zavodunun 150 fəhləsi əməkhaqqının ödənilməsinin gecikdirildiyinə etiraz etdikləri üçün işdən azad ediliblər.

Məlumatı "İran İnternational” yayıb.

Bildirilib ki, 15 fəhlə isə yoldaşlarının hüquqlarının və həmkarlar təşkilatlarının məsələyə dair tələblərini müdafiə etdikləri işdən qovulma riski ilə üz-üzədir.

Məlumata görə, son dörd ayda fəhlələrin aylıq əməkhaqqı ödənilmir.
OXŞAR XƏBƏRLƏR