İranda 2 nəfər edam edilib

DÜNYA
13:52 01.11.2013
1028

İranda iki nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

Onlardan yalnız birinin ad və soyadı məlum olsa da, digərinin ismini dəqiqləşdirmək mümkün olmayıb. Peyman Qədiri törətdiyi qətlə görə ömrünün 8 ilini zindanda keçirib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 31-də səhər saatlarında Kirmanşah şəhərinin mərkəzi həbsxanasında (Dizelabad) icra edilib.

OXŞAR XƏBƏRLƏR