İranda 4,9 bal gücündə zəlzələ baş verdi

İranda 4,9 bal gücündə zəlzələ baş verdi
DÜNYA
14:03 05.04.2024
113
İranda zələzələ olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Xuzistan əyalətinin Müşrage şəhərində olan 4,9 bal gücündə zəlzələ yerli vaxtla saat 12.15-də qeydə alınıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR