İranda ABŞ və İsrailə casusluq edən 30 nəfər həbs olunub
DÜNYA
21:11 10.03.2026
93
İranda son günlərdə 30 nəfər ABŞ və İsrailə casusluq ittihamı ilə həbs olunub.
AZXEBER.COM İranın Kəşfiyyat Nazirliyinə istinadən xəbər verir ki, həbslər ölkənin ayrı-ayrı vilayətlərində keçirilib.
Onların bəzilərindən odlu silah və xeyli sayda sursat aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl İsrailin xarici kəşfiyyat xidməti (Mossad) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) fars dilində videolar yayaraq İran vətəndaşlarını əməkdaşlığa çağırıb.