İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib.
Bildirilib ki, döyüş sursatı ilə silahlanmış 7 qeyri-İran vətəndaşı ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.
Qeyd olunub ki, terror qrupu Şərqi İranda "kritik obyekt"i hədəf almağı planlaşdırırdı.
/report