İranda aptekə hücum edildi, 5 nəfər əsir götürüldü

İranda aptekə hücum edildi, 5 nəfər əsir götürüldü
DÜNYA
12:08 05.07.2023
182
İranda aptekdə 5 nəfəri girov götürən hücumçu öldürülüb, girovlar isə xilas edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın Fars vilayətinin Şiraz şəhərində 5 nəfəri girov götürərək aptekə atəş açmağa başlayan hücumçu öldürülüb.

Fars əyalətinin polis rəisi Reham Bəhş Həbibi bildirib ki, polis qrupları hadisə yerinə gəldikdən sonra zabitlərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib.

İran rəsmisi bildirib ki, polisin müdaxiləsi ilə bütün girovlar xilas edilib, hücum edən şəxs isə güllələnib. 

Gülay
OXŞAR XƏBƏRLƏR