İranda “Aşkı-Memnu” “edam edildi”

MARAQLI
12:29 22.08.2011
2260

 "İranda 1994-cü ildən bəri peyk antenalarına qoyulan qadağalar yenidən gündəmə gətirilib.

AZXEBER.COM portalının məlumatına görə, İran hakimiyyəti fars ideologiyasına qarşı olan Türkiyə seriallarının izlənilməməsi üçün peyk antenalarını bir-bir yığışdırmağa başlayıb. Təxminən 3 il bundan öncə Türkiyə televiziyalarında yayımlanan seriallara qarşı İranda mübarizəyə başlanılıb. İran hakimiyyətinin göstərişi ilə əhalinin bəyənərək izlədiyi “Yabancı Damat”ın və “Gümüş”ün sırasına keçən ilin ən reytinqli serialı “Aşkı Memnu” da, daxil edilib. Bu serialların ölkə ərazisində izlənilməsi və onun videolarının satışa çıxarılması tamamilə qadağan edilib.

Qeyd edək ki, İranda peyk antenalarına qadağa 1994-cü ildən tədbiq edilir. Buna səbəb isə, İran qadınlarının və kişilərinin xarici ölkələrin istehsal etdikləri seriallara baxdıqdan sonra öz saç düzümlərini və ya geyimlərini dəyişdirmələridir. 

OXŞAR XƏBƏRLƏR