İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində naməlum şəxslərlə atışma zamanı iki polis öldürülüb, bir nəfəri isə yaralanıb. Bunu İranın Sistan və Bəluçistan əyalətinin polis rəisinin müavini Rəcəbəli Şeyxzadə deyib.
Bu barədə İSNA agentliyi məlumat verir.Məlumata əsasən, hadisə bu gün səhər baş verib. Hadisə ilə bağlı iki nəfər həbs olunub, bir nəfər isə polislə atışma zamanı həlak olub.