İranda prezidentliyə namizəd Məsud Pezaşkianın seçki aksiyasında tərəfdarları Azərbaycan dilində məktəblərin açılmasını tələb ediblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bu gündən prezident seçkilərinin keçirildiyi İranda seçki məntəqələri saat 08:30-da açılıb.
Məlumat üçün bildirək ki, seçkilərdə 6 namizəd mübarizə aparacaq. Ən çox diqqət çəkən ad isə türk əsilli Mesut Pezaşkiandır.
Qeyd edək ki, namizədlik prosesində İran mediasına verdiyi müsahibədə "Mən türkəm. Anam da, atam da türkdür. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca yox” - deyə Pezaşkian bildirmişdi.
Ayşən