İranda baş qaldıran vəba xəstəliyi Azərbaycana keçə bilər

SAĞLAMLIQ
16:41 05.09.2013
2532

İranda geniş yayılan vəba xəstəliyinin Azərbaycana keçmə ehtimalı ola bilər.

Səhiyyə Nazirliyinin  Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, hər bir xəstəlik müxtəlif vasitələrlə  bir ölkədən digərinə keçə bilər. Onun sözlərinə görə, vəba xəstəliyinin də müxtəlif yayılma yolları var: “Vəba qida, kontakt, əsasən də su vasitəsilə yayılır. Normativə cavab verməyən, təmizlənməyən sudan istifadə edilən, içməli su kəmərləri olmayan ölkələrdə insanlar daha çox vəba ilə xəstələnir”. 

Ş.Qurbanov qeyd edib ki, vəba xəstəliyinin İranın hansı ərazisində yayılmasını da nəzərə almaq lazımdır. Onun sözlərinə görə, əgər bu xəstəlik İranın Azərbaycanla həmsərhəd zonasında qeydə alınsa, bunun qorxusu ola bilər: “Bundan əlavə, İrandan bəzi çaylar Araza tökülür və kanallar vasitəsilə Azərbaycanın bir sıra ərazilərinə yayılır. Buna görə də qorxulu ola bilər. Amma kiminsə kontakt yolu ilə bu xəstəliyə yoluxması ehtimalı azdır. Hər bir təhlükəli ərazilərə gedən şəxslər ölkəyə qayıtdıqdan sonra onlar sual-cavab edilir, nəzarətdə saxlanılır. Xəstəliyin 5 gün müddətində inkubasiya dövrü olur. Vəbanın da fəsadları qusma və ishaldır. Bu zaman temperatur yüksəlmir, ya normal olur, yada ki aşağı düşür”. 

Direktor müavini qonşu ölkələrə gedən Azərbaycan vətəndaşlarının və oradan ölkəyə gələn insanların nəzarətdə saxlanılmasının vacib olduğunu vurğulayıb. 

Stansiyanın direktor müavini qeyd edib ki, hər il Azərbaycanda mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Onun sözlərinə görə, Azərbaycan ərazisində vəziyyət hər zaman nəzarət altında saxlanılır.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb