İranda bir ilk: Türk əsilli şəxs prezident ola bilər

İranda bir ilk: Türk əsilli şəxs prezident ola bilər
DÜNYA
12:24 27.06.2024
127
İran İbrahim Rəisinin gözlənilməz ölümündən sonra sabah seçkiyə gedəcək.

AZXEBER.COM xəbər verir ki, seçkilərdə 6 namizəd mübarizə aparacaq. Ən çox diqqət çəkən ad isə türk əsilli Mesut Pezeşkiyandır.

Pezeşkiyan ürək həkimidir. O, 2001-2005-ci illərdə prezident Məhəmməd Hatəminin yanında səhiyyə naziri vəzifəsində çalışıb. Pezeşkiyan 2021-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün müraciət edib, lakin Konstitusiyanın Mühafizəçiləri Şurası tərəfindən vetoya məruz qalıb. 69 yaşlı Pezeşkiyan mart ayında keçirilən seçkilərdə birinci olaraq Təbrizdən Parlamentə daxil olmağı bacarıb.

1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı orduda həkim işləyən Pezeşkiyan ön cəbhədə xidmət edib. 1994-cü ildə yol qəzasında həyat yoldaşı və bir uşağını itirən iranlı siyasətçi qalan iki oğlu və qızını tək böyüdüb və bir daha ailə qurmayıb. 

Namizədlik prosesində İran mediasına verdiyi müsahibədə "Mən türkəm. Anam da, atam da türkdür. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca yox” deyə Pezeşkiyan bildirmişdi.  

Qeyd edək ki, Pezaşkiyan seçkidə qalib gəlsə, ilk dəfə İran türkü ölkə prezidenti olacaq.

Ayşən
OXŞAR XƏBƏRLƏR