İranda COVID-19-dan daha 213 nəfər ölüb

İranda COVID-19-dan daha 213 nəfər ölüb
DÜNYA
18:48 21.07.2021
1214
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 213 nəfər ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 87 837 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 27 379 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 603 527 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR