İranda daha bir etirazçı edam edildi - FOTO

İranda daha bir etirazçı edam edildi - FOTO
SOSİAL
12:11 12.12.2022
150
İranın Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, edam hökmü "əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan və icra olunan ikinci şəxsdir. Bundan əvvəl Mohsen Şekari dar ağacından asılıb.
 
Günel

OXŞAR XƏBƏRLƏR