İranın Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Qeyd edilir ki, edam hökmü "əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.
İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.
Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan və icra olunan ikinci şəxsdir. Bundan əvvəl Mohsen Şekari dar ağacından asılıb.
Günel