İranda edam məhkumu: “Aksiyalara bir də qatılsam, yenə eyni hərəkətləri edərəm”

İranda edam məhkumu: “Aksiyalara bir də qatılsam, yenə eyni hərəkətləri edərəm”
DÜNYA
19:38 09.01.2023
227
"Aksiyalara bir də qatılsam, yenə eyni hərəkətləri edərəm”.

Bunu barəsində edam hökmü çıxarılan Məhəmməd Qubadlu hakimin "törətdiyiniz əməldən peşman deyilsiniz” sualına cavabında bildirib.

Məlumata görə, o, son etiraz aksiyasında üzərinə dəyənəklə gələn polis əməkdaşını öldürməkdə ittiham olunub. 22 yaşlı Məhəmməd Qubadlu məhkəmədə açıq şəkildə etiraf edib: "Daha 10 polis üstümə gəlsə, eynisini edib onları yıxaram”.

Bildirilib ki, ona qarşı edam hökmü dekabrın 3-də çıxarılıb. Bu etirafla onun dar ağacından asılacağı gözlənilir. Ali Məhkəmə onun cinayət işi ilə bağlı şikayəti qəbul etməyib. Yaxın günlərdə gəncin edam hökmünün icrası gözlənilir.

Məhəmməd Qubadlu ilə birlikdə 19 yaşlı Məhəmməd Bruğəni adlı gənc də edam cəzasına məhkum edilib. Onlar etiraz aksiyasına qarşı zorakılıq edən bir polis əməkdaşını öldürməkdə və 5 hərbi-polis təmsilçisini yaralamaqda ittiham olunublar.

Hər iki gənc Kərəcdəki həbsxanada təkadamlıq kamerada saxlanılır. Hüquq müdafiəçiləri təşkilatının məlumatına əsasən, onlar istintaq və məhkəmə iclasında vəkillə təmin olunmayıblar.
 
///Report
OXŞAR XƏBƏRLƏR