İranda ətin bahalaşması haqda xəbər yayımlayan qəzet bağlandı

İranda ətin bahalaşması haqda xəbər yayımlayan qəzet bağlandı
DÜNYA
16:57 21.02.2023
178
İranda "Sazəndegi" qəzeti ölkədə ətin qiymətinin əlçatmaz həddə bahalaşması ilə bağlı məqaləsinə görə molla rejimi tərəfindən bağlandı.
 
AZXEBER.COM Azad İran telegram kanalına istinadən xəbər verir ki, qəzet ölkədə payların qeyri-bərabər bölünməsini ifşa edən və ətin qiymətinin yarım milyon tümənə qalxmasına qarşı tədbir görməyə çağıran məqaləyə görə bağlanıb.
 
Qeyd edək ki, qəzet "Ətin tüğyanı" və "Ət orta və fəhlə sinfinin süfrəsindən necə yoxa çıxdı" başlığı ilə yazı dərc edib.
OXŞAR XƏBƏRLƏR