İranın tanınmış müğənnisi və bəstəkarı Şervin Hacıpurun "Bərai” ("Ona görə”) mahnısı "Qremmy” mükafatına layiq görülüb.
Məlumatı "Amerikanın səsi” radiosunu fars redaksiyası yayıb.
Qeyd edək ki, "Bərai” mahnısı sentyabrın 17-dən başlayan və davam edən etiraz aksiyaçılarının qeyri-rəsmi himnidir. Mahnıda İran xalqının on illərdir çəkdiyi zülm, ağrı-acılarından, uğrunda mübarizə aparılan amallardan bəhs edilir. "Qadın, Həyat, Azadlıq!” şüarı vurğulanır.
Şervin Hacıpur 2022-ci il sentyabrın 29-da bu mahnıya görə saxlanılıb. Girov qarşılığında oktyabrın 4-də zaminə buraxılıb. Şervin Hacıpur 1997-ci il martın 30-da İranın Mazandaran əyalətinin Babol şəhərində anadan olub.