İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildilər

İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildilər
SOSİAL
16:35 11.01.2026
545
"İrandakı etiraz hərəkatının bir neçə əsas iştirakçısı həbs edilib".

Bu barədə İran Milli Polisin rəisi Əhməd Rza Radan bildirib.

"Dünən axşam (10 yanvar - red.) iğtişaşların əsas iştirakçılarının həbsləri həyata keçirilib və onlar bütün zəruri hüquqi prosedurlardan keçdikdən sonra cəzalandırılacaqlar", - deyə o vurğulayıb.

Həbs edilənlərin sayı və şəxsiyyətləri dəqiqləşdirilmir.

Qeyd edək ki, İranda etirazlar ötən il dekabrın sonunda milli valyutanın xeyli dəyərsizləşməsi və qiymətlərin kəskin artması səbəbindən başlayıb.
/unikal.az
OXŞAR XƏBƏRLƏR