İranda gəmi qəzaya uğrayıb - Ölənlər var

İranda gəmi qəzaya uğrayıb - Ölənlər var
DÜNYA
17:42 19.11.2018
2998
İranda yük gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.

"Bir gəmi xidmətçisi xilas edilib, 2 dənizçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılıb, 2-nin meyiti isə axtarılır. Hazırda axtarış əməliyyatına havadan da dəstək göstərilir".
OXŞAR XƏBƏRLƏR