Yeraltı təkanlar yerli vaxtla 22.31-də (Bakı vaxtı ilə 22.01-də) qeydə alınıb.
Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bocnurd şəhərində bir neçə bina uçub. Bölgənin bir neçə yaşayış məntəqəsində də evlərin uçduğu bildirilir.