İranda 5,2 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM-un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin qərbində qeydə alınıb. Zəlzələ yerli vaxtla 10:20 radələrində baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri İsfahan şəhərindən 127 kilometr cənub-qərbdə yerləşib. Təbii fəlakət nəticəsində insan təlafatı və dağıntılar haqqında məlumat verilmir.